25.07.2016 / 16:22 xeber –
Ağstafada quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 24-də Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini Aynurə Abdullayeva RPŞ-yə müraciət edərək həmin gün saat 03 radələrində yaşadığı evə pəncərədən girmiş şəxsin onu bıçaqla hədələyərək oradan 1500 manat dəyərində qızıl əşyalar aparmasını bildirib.
Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Xətai Mövləverdiyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.
Araşdırma aparılır.
mənbə :
lent.az