İçeriğe geçmek için "Enter"a basın

“Bioparoks” dərmanının dövlət qeydiyyatı ləğv edildi

25-07-2016

25.07.2016 / 16:15 xeber –

Səhiyyə Nazirliyi “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib. Bu barədəAPA-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox" adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.

mənbə :
lent.az

“Bioparoks” dermanının dövlet qeydiyyatı leğv edildi