İçeriğe geçmek için "Enter"a basın

Ölkəyə qanunsuz yolla külli miqdarda siqaret gətirmək istədilər

17-03-2016


17.03.2016 / 14:54 xeber –

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, idarənin “Samur” gömrük postunda 3 fakt üzrə minik avtomobillərinin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilməklə gətirilən 27400 ədəd  “NZ Gold Compact”, 3800 ədəd  “Marlboro Touch” və 1000 ədəd  “Marlboro Micro” markalı olmaqla cəmi 32200 ədəd siqaretlər aşkar olunaraq götürülüb.            

 

Faktlarla bağlı təhqiqat aparılır.

mənbə :
lent.az

Ölkeye qanunsuz yolla külli miqdarda siqaret getirmek istediler