İçeriğe geçmek için "Enter"a basın

Bakıda iki qonşu ailə arasında DAVA

17-03-2016


17.03.2016 / 14:41 xeber –

 

Bakı şəhər sakini həyat yoldaşı və özünün qonşuları tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, 37-ci Polis Bölməsinə müraciət edən 1985-ci il təvəllüdlü Mahmudov Tural Vaqif oğlu bildirib ki, S.Vəzirov küçəsində qonşusu, Fəxrəddin Maqsudov və oğlu Rafiq, onu və həyat yoldaşı Esmira Zərbəliyevanı döyüb.

 

Oxşar müraciətlə F.Maqsudov da polisə müraciət edib. O bildirib ki, qonşusu Tural Mahmudov tərəfindən xuliqanlıq zəminində döyülüb.

 

Qeyd edək ki, hər iki şikayət ərizəsində dava-dalaşın gecə saat 2 radələrində baş verdiyi bildirilib.

 

Polis məsələni araşdırır.

mənbə :
lent.az

Bakıda iki qonşu aile arasında DAVA