İçeriğe geçmek için "Enter"a basın

Bakıda ticarət mərkəzindən xeyli qızıl oğurlayan qadın tutuldu

17-03-2016


17.03.2016 / 14:17 xeber –

Bakıda oğurluq etmiş Yevlax rayon sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 1-dən 12-dək olan müddətdə paytaxtın Nizami rayonu ərazisindəki ticarət mərkəzlərindən birində, orada işləyənlər – Bakı şəhər sakinləri H.Əlizadəyə, R.Xəlilovaya və A.Ağazadəyə məxsus qızıl əşyalar oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Aygün Şahsuvarova tutulub.

 

Araşdırma aparılır.

mənbə :
lent.az

Bakıda ticaret merkezinden xeyli qızıl oğurlayan qadın tutuldu