İçeriğe geçmek için "Enter"a basın

103 illik tarixi olan su quyusu...

17-03-2016


17.03.2016 / 13:06 xeber –

 

Vaxtilə insanların suya olan tələbatını ödəmək üçün xeyriyyəçi insanların təşəbbüsünə ehtiyac vardı. Quyu, kəhrizlərin inşa etdirilməsi kimi… Lent.az "Türkel TV"yə istinadən xəbər verir ki, Tovuzdakı belə quyulardan birinin tarixi, eləcə də mövcud vəziyyəti araşdırılıb.

 

Tikmədim özüm qalam, tikdim ki, izim qala… Bu fikirləri Tovuzun Yuxarı Öysüzlü kənd sakini xeyriyyəçi Məşədi Əhmədin 1912-ci ildə Ağdağ ərazisində inşa etdirdiyi su quyusuna şamil etmək olar. Vaxtilə bu yerlər yaylaq, əkin sahələri idi. 14 metr dərinliyi olan quyunun suyu müalicəvi əhəmiyyətlidir. Çox təəssüf ki, heyvandarlıqla məşğul olan insanlar quyunun suyundan yararlansalar da təmizliyinə nəzarət etmirlər. Lakin ötən əsrin yadigarına biganə qalmayanlar da az deyil. Unutmayaq ki, bu torpağın hər daşı hər qayası bir tarixdir.  Bizə isə qalır bu tarixi qoruyub,yaşatmaq.

mənbə :
lent.az

103 illik tarixi olan su quyusu…