İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda 55 min nəfər Prezident təqaüdü alır

17-03-2016


17.03.2016 / 11:51 xeber –

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 623 nəfər şəxs Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həmin şəxslərdən həlak olanların ailə üzvlərinə bu təqaüd ödənilir), 19 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır. 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ödənilir.

Bildirək ki, dövlət başçısının cari ilin yanvar ayında imzaladığı Fərmanlarla və Sərəncamla müharibə əlillərinin, şəhid ailələrinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan vətəndaşların və digər müvafiq təbəqələrdən olan vətəndaşların, ümumilikdə nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95 faizə qədərinin təqaüdlərinin məbləği cari il fevral ayının 1-dən 10 faiz artırılıb.

Qeyd edək ki, Prezidentin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8 faiz artıb.

 

mənbə :
lent.az

Azerbaycanda 55 min nefer Prezident teqaüdü alır