İçeriğe geçmek için "Enter"a basın

Bakının mərkəzində yanğın: 1 ölü və 2 yaralı- FOTO

16-03-2016

evv
Keçmiş Sovetski küçəsinin ərazisində — M.Əliyev küçəsində şəxsi evlərdən biri yanıb. Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 4 evi əhatə edib. Həmin evlərdən 2-si daha çox zərər görüb.

Müxbirimizin əldə etdiyi məlumata görə, yanğın nəticəsində Səriyyə Quliyeva adlı bir qadın həyatını itirib. Onun həyat yoldaşı Balaxan Quliyev və oğlu isə yanıq xəsarətləri alıblar.

***

Bu dəqiqələrdə keçmiş Sovetski küçəsinin ərazisində — M.Əliyev küçəsində şəxsi evlərdən biri yanır. Virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.
Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.
Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar «Azəriqaz» İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı.
Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.
eeev
yangın
Azadliq.az

Bakının mərkəzində yanğın: 1 ölü və 2 yaralı- FOTO