İçeriğe geçmek için "Enter"a basın

Bakı bulvarında dəhşətli olay - özünü öldürdü - YENİLƏNİB

11-03-2016


11.03.2016 / 21:41 xeber –

İntihar edən şəxsin meyiti axtarılır

Bu gün Bakı bulvarında intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, saat 19 radələrində Saat Qülləsinin yaxınlığında 40-45 yaşlı kişi özünü dənizə atıb. Yaxınlıqdakı şəxslər çalışsalar da, onu xilas edə bilməyib. 

 

Hadisə yerinə gələn xilasedicilər intihar edən şəxsin meyitinin axtarışına başlayıb.

 

Hadisə yerinin yaxınlığında intihar edən şəxsin pencəyi tapılıb. O, özünü dənizə atmazdan əvvəl pencəyini dirəyə sıbmış. Pencəyin cibindən intihar edən şəxsin məktubu tapılıb. Məktubda həmin şəxs bank borcunun olduğunu və bu borcu ödəyə bilmədiyini yazıb.

mənbə :
lent.az

Bakı bulvarında dehşetli olay – özünü öldürdü – YENİLƏNİB