İçeriğe geçmek için "Enter"a basın

Bakılı mühəndis Samuxda xəsarət aldı

11-03-2016


11.03.2016 / 21:09 xeber –

Samuxda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Rasim Hacıyev ağır kəllə beyin travması ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə R. Hacıyev bu gün Samux rayonund yerləşən müəssisələrdən birində mühəndis kimi işə düzəlib və orada ağır bədən xəsarəti alıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

mənbə :
lent.az

Bakılı mühendis Samuxda xesaret aldı