İçeriğe geçmek için "Enter"a basın

Rusiyada məscidin qarşısında partlayış: 4 yaralı

11-03-2016


11.03.2016 / 20:38 xeber –

İnquşetiyanın paytaxtı Nazranda məscidin qarşısında avtomobilin partladılması nəticəsində 4 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İnquşetiya üzrə İstintaq Komitəsindən bildiriblər.

 

Xəsarət alanların adları açıqlanmır. Hadisə ilə bağlı cinayət işi açılıb.

 

İnquşetiyanın başçısı Yunusbek Yevkurov insidentin təxribat olduğunu qeyd edib: “Partlayışı törədənlər dini mühitdə yaşanan problemlərdən yararlanmaq istəyiblər. Əminəm ki, cinayətin üstü tezliklə açılacaq”.

mənbə :
lent.az

Rusiyada mescidin qarşısında partlayış: 4 yaralı