İçeriğe geçmek için "Enter"a basın

Nazim Cəfərsoy: “Türkiyə AB-yə üzv olana qədər viza sazişinin Azərbaycana mənfi təsiri olmayacaq”

11-03-2016


11.03.2016 / 19:36 xeber –

Qonaq: “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin analitiki, Nazim Cəfərsoy

 

 
Mövzu: Türkiyə-Avropa Birliyi viza sazişi
 

"İndiki miqrasiya prosesi 2-ci dünya müharibəsindən sonra ən böyük köç prosesidir"
 

"Türkiyədə həm ölkə daxilində, həm də daxildən xaricə köç mövcuddur"

"Suriyalı miqrantlar Türkiyədən Avropaya keçmək üçün tranzit ölkə kimi istifadə edirlər”

"İki ay ərzində 110 min insanın Türkiyə üzərindən Avropa getmək üçün cəhd etdiyini göstərən məlumatlar var ki, bu da dramatik vəziyyət yaradır"

"Avropa Birliyinin əsas prinsiplərindən biri insanların sərbəst dolaşmasıdır. Miqrantlar Avropaya gedəndən sonra vizasız rejimdə bu məsələ problem yaradır"

"Miqrant probleminin birinci çarəsi Suriya probleminin həllidir ki, miqrant gəlməsin, ikinci isə miqrantların gəldiyi yolları bağlamaqdır"

"Türkiyə mayın 1-dək üzərinə düşən 53 kriteri yerinə yetirməlidir ki, viza sadələşməsinə gedə bilsin"

"Miqrasiya məsələsinin gündəmə gəlməsi Türkiyə-Avropa münasibətlərində yeni əməkdaşlıq prosesinin başlanması deməkdir"

"Bu məsələ Türkiyə ilə Yunanıstanı birləşdirdi"

"İqtisadi, siyasi və təhlükəsizlik baxımdan Yunanıstan da maraqlıdır ki, Türkiyənin istəkləri olsun və bu problem həll olsun"
 

"Geri qəbul müqaviləsinə görə Avropaya qanunsuz gələnlər Türkiyəyə qaytarılacaq"

"Miqrasiya problemi ilə Avropanın tarixində olan irqçilik yanaşmaları da üzə çıxır"

"Avropa Birliyi-Türkiyə arasındakı bu müqaviləyə BMT-dən də etiraz gəldi"

"Avropa Birliyi miqrasiyanı fürsətə çevirə bilər"

"Türkiyədə belə bir fikir də var ki, müqavilə bağlanarsa, Türkiyə Avropa Birliyinin zibilliyinə çevriləcək"

"Türkiyə Avropa Birliyinə üzv olana qədər viza məsələsində üçüncü ölkələr, o cümlədən Azərbaycan  zərər görməyəcək"

"Mövcud müstəvi Türkiyə və Avropa Birliyini də bu məsələdə əməkdaşlıq etməyə sövq edir"

mənbə :
lent.az

Nazim Cefersoy: “Türkiye AB-ye üzv olana qeder viza sazişinin Azerbaycana menfi tesiri olmayacaq”