İçeriğe geçmek için "Enter"a basın

İki arvadı ilə də münasibəti var - əməkdar artistin xanımları danışdı

11-03-2016


11.03.2016 / 19:17 xeber –

Əməkdar artist Rəhman Rəhmanov şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişində qonaq olan əməkdar artist bildirib ki, iki dəfə ailə qurub və hər iki xanımla münasibəti yaxşıdır: “Mən kişiyəm. Qadının öz yeri, kişinin öz yeri var. Qadın kişini eşitməlidir. Əgər eşitmirsə, deməli o kişi qadına lazım deyil. Mən iki dəfə ailə qurmuşam. Hər iki xanımımla indi də münasibətim normaldır”.

 

Daha sonra R.Rəhmanovun 1-ci xanımı ( Ulduz ) danışıb: “Biz bir-birimizi 17 yaşımızdan sevmişik. Yəqin, uşaqlıq sevgimiz olub. Sakit ayrılmışam. Demək olmaz ki, Rəhman bəydən ayrılandan sonra hər şey bitdi. Yox, bizim övladlarımız var idi. Bir-birimizi başa düşməli idik. Burada söhbət kişini bölüşməkdən getmir. Arada övladlarımız var”.

 

İkinci evliyi Gülü xanım da danışıb: “Əvvəldən bir-birimizi anlamışıq. Burada qeyri-adi nəsə yoxdur”.

mənbə :
lent.az

İki arvadı ile de münasibeti var – emekdar artistin xanımları danışdı