İçeriğe geçmek için "Enter"a basın

Nazirlikdən məzənnə saxtakarlığı ilə bağlı AÇIQLAMA

11-03-2016


11.03.2016 / 19:02 xeber –

Sosial şəbəkələrdə Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktubla bağlı Daxili İşlər Nazirliyinə hələlik müraciət daxil olmayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Mərkəzi Bank Mərkəzi Bankdan hələlik saxta məktubla bağlı hər hansı müraciət yoxdur: “Əgər müraciət daxil olarsa araşdırılacaq. Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək”.

 

Qeyd edək ki, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Lent.az-a açıqlamasında deyib ki, təmsil etdiyi qurum sosial şəbəkələrdə yayılan saxta məktubla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür: “Məsələnin hüquq müstəvisində araşdırılması üçün müraciət edəcəyik”.

 

Onu da qeyd edək ki, yayılmış məktubda Azərbaycanda martın 18-dən etibarən manatın dollar qarşısındakı məzənnəsinin 1,28 manat səviyyəsində olacağı qeyd edilib.

 

mənbə :
lent.az

Nazirlikden mezenne saxtakarlığı ile bağlı AÇIQLAMA