İçeriğe geçmek için "Enter"a basın

Öldürdüyü adama görə 3 milyon qan pulu ödəyən azərbaycanlıya hökm oxundu

11-03-2016


11.03.2016 / 18:34 xeber –

Rusiyanın Perm şəhərində dəhşətli qətl törədən azərbaycanlıya hökm oxunub. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, məhkəmənin 11 il azadlıqdan məhrum etdiyi şəxs şəhərdə qarət, soyğunçuluq, quldurluq törətmək məqsədilə azərbaycanlılardan ibarət dəstə yaradaraq bir çox cinayətlər törədib.

 

Adı açıqlanmayan azərbaycanlı peşəkar idmançıdır, o, qaydasız döyüş növləri üzrə çempion və sambo üzrə keçirilən bir neçə turnirin qalibidir. Onun yaratdığı dəstə Permdə yaşayan azərbaycanlılara qarşı da cinayətlər törədiblər.

 

Saxlanılan 32 yaşlı şəxs Permin Brod kəndində qətl törədib. Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, azərbaycanlı hansısa mübahisəli məsələni həll etmək üçün kəndə gəlib. Buradakı fermada inquş millətindən olan Aldiyev familiyalı şəxslə söhbəti zamanı ona küçəyə çıxmağı təklif edib. Küçəyə çıxdıqdan sonra həmin şəxsə üzərindəki tapançadan üç dəfə atəş açaraq onu öldürüb. Qətli törətdikdən sonra yenidən fermadakı otağa girərək içəridəkiləri hədələyib və yanındakı həmyerliləri ilə oranı tərk edib.

 

Bir il federal axtarışda olan qatil 2015-ci ildə polisə könüllü təslim olub və cinayətini etiraf edib.

 

Azərbaycanlının inquşların ondan qisas alacağından qorxaraq gizləndiyi də istisna edilmir. O da məlum olub ki, azərbaycanlı öldürdüyü inquşun anasına təzminat kimi 3 milyon rubl verib. Həmin pula qadın öldürülən oğlunun iki uşağına mənzil alıb. Polisdən o da bildirilir ki, azərbaycanlı qətlə yetirdiyi şəxsin ailəsi ilə sülh bağlamaq məqsədilə onların evinə Perm əyalətinin məscidinin imamını da aparıb.

 

Saxlanılan azərbaycanlı cəzasını ciddi rejimli koloniyada çəkəcək.

mənbə :
lent.az

Öldürdüyü adama göre 3 milyon qan pulu ödeyen azerbaycanlıya hökm oxundu