İçeriğe geçmek için "Enter"a basın

“Multikulturalizm ili” ilə bağlı tədbirlər planı təsdiq edildi

11-03-2016


11.03.2016 / 18:30 xeber –

Prezident İlham Əliyev “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilib. Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilib.

 

Nazirlər Kabinetinə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

mənbə :
lent.az

“Multikulturalizm ili” ile bağlı tedbirler planı tesdiq edildi