28.02.2016 / 11:03 xeber –
Dünən İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı maraqlı məqam ortaya çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, İmişli-Kürədmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşmasına kənd təsərrüfatı texnikası səbəb olub. Belə ki, arxa xəbərdarlıqedici nişanı və yanıb-sönən işarəsi olmayan traktor qəfil dönmə əməliyyatı həyata keçirib. Bu zaman arxadan sürətlə hərəkət edən “Mercedes” traktora çırpılmaqdan yayına bilməyib.
Qəza nəticəsində “Mercedes”dəki sərnişinlərdən Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
““`
27 fevral 17:28
İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, İmişli-Kürədmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
mənbə :
lent.az