İçeriğe geçmek için "Enter"a basın

Amerika Rusiya qırıcılarının İrana satılmasından narahatdır

26-02-2016


26.02.2016 / 00:12 xeber –

ABŞ  Rusiya qırıcı təyyarələrinin İrana satılması planından narahatdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Konqresdə keçirilən dinləmələr zamanı çıxışında bildirib.

 

“Biz silah tədarükündən çox narahatıq və məsələyə böyük skeptisizmlə yanaşacağıq”, – deyə Kerri qeyd edərək, sövdələşmə detalları barədə hələlik  məlumatsız olduğunu  bildirib.     

 

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı “Su-30SM” çoxfunksiyalı qırıcı təyyarələrin İrana satılmasına dair sazişin  2016-cı il ərzində imzalanacağı barədə məlumat yayıb. 

mənbə :
lent.az

Amerika Rusiya qırıcılarının İrana satılmasından narahatdır