İçeriğe geçmek için "Enter"a basın

Avropadan Türkiyəyə çağırış

25-02-2016


25.02.2016 / 21:25 xeber –

Miqrasiya üzrə avrokomissar Dimitris Avramopulos Türkiyəni Aİ-yə miqrant axınının qarşısının alınmasına dair öhdəliklərini icra etməyə çağırıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Avramopulos Aİ-nin 28 ölkəsinin  DİN rəhbərlərinin görüşündən sonra bildirib. Məlumata görə, iclasda Türkiyənin DİN rəhbəri də iştirak edib.

 

“Bu planın icra edilməsinin vaxtı çatıb. Bu gün mən Türkiyə və digər ölkələri verilən qərarı icra etməyə çağırdım”, – deyə Avramopulos bildirib.  

 

Qeyd edək ki, 2015-ci ilin noyabrın 29-da keçirilmiş Aİ-Türkiyə sammitində razılaşdırılan tədbirlər planına əsasən, Türkiyə  Aİ-yə miqrant axınının qarşısının alınmasına səylər göstərməlidir və Ankaraya ayrılacaq 3 mlrd avro və Türkiyənin  Aİ-yə üzvlüyünə dair danışıqların aktivləşdirilməsi müqabilində qaçqınların öz ərazisində yerləşdirməlidir. 

mənbə :
lent.az

Avropadan Türkiyeye çağırış