İçeriğe geçmek için "Enter"a basın

Ağdamda bədbəxt hadisə: 16 yaşlı oğlan öldü

25-02-2016


25.02.2016 / 21:19 xeber –

Ağdamda bədbəxt hadisə baş verib. Arabadan yıxılan 16 yaşlı oğlan həyatını itirib. Hadisə rayonun Baharlı kəndində baş verib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, uzunqulağa qoşulmuş arabadan yıxılması nəticəsində Məzahir Əliyevin başına mismar batıb. Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

mənbə :
lent.az

Ağdamda bedbext hadise: 16 yaşlı oğlan öldü