İçeriğe geçmek için "Enter"a basın

Şövqi Hüseynov: “Əgər teatra tamaşaçı gəlmirsə, bunun günahkarı aktyor, rejissor və teatrdır”

25-02-2016


25.02.2016 / 19:08 xeber –

“Məşğul aktyor əsəbi olmur, mehriban olur. Aktyorun işi varsa, yaradıcı atmosferdədirsə, qıraqda qaldım, görünmədim kimi fikirlər yarana bilməz”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, əməkdar artist Şövqi Hüseynov deyib.

 

Aktyor qeyd edib ki, hər bir aktyor üçün ən əsas şərt yaradıcı mühitdə olmaqdır: “Bizim regionlarda çalışan çox böyük sənətkarlarımız var. Onlarla görüşdə bədbinlik, özünə qapanma görmürəm. Aktyor üçün özünü lazımsız hiss etməsi faciədir. İstedad bizim sahəmizdə ikinci dərəcəli məsələdir. Ola da bilər, olmaya da bilər. Aktyor adına vicdanla yanaşılanda istedad da, hörmət də öz yerini tapacaq”.

 

Aktyor qeyd edib ki, bu gün teatr mühitinin əsas problemi tamaşaçıya keyfiyyətli məhsul təqdim etməkdir: “Teatrlar ən yüksək səviyyədə təmir olunub. Heç bir bəhanəmiz qalmayıb. Soyuq, isti, hər hansı texniki çatışmazlıqla bağlı nə rejissorların, nə də aktyorların bəhanəsi qalmayıb. Əgər teatra tamaşaçı gəlmirsə, bunun günahkarı aktyor, rejissor və teatrdır. Təcrübəmdən görürəm ki, teatrda gəlmək istəyən tamaşaçıların sayı həddən artıq çoxdur. Problem ondadır ki, biz onları teatrda qoruyub saxlaya bilirikmi? Biz onlara hansı məhsulu veririk? Hansı hissləri aşılayırıq? Əlbəttə, teatr tərbiyə edici bir məkan deyil. Başqa cəhətləri daha çoxdur”.

 

Şövqi Hüseynov çox böyük məhrumiyyətlərdən keçdiyini, amma teatrın ab-havasının onlara ayaqda durmağa kömək etdiyini bildirib: “Teatr məni xilas edən məkandır. Türkiyədə aktyor həftədə 20 min qazanır, amma bizdə ayda 1000 AZN. Amma bu müqayisə düzgün deyil. Filmin hansı auditoriya üçün hesablanması mühüm məsələdir. Mən də istəyərəm ki, aktyora çox pul verilsin, amma mən reallığı qəbul edirəm”.

 

mənbə :
lent.az

Şövqi Hüseynov: “Əger teatra tamaşaçı gelmirse, bunun günahkarı aktyor, rejissor ve teatrdır”