İçeriğe geçmek için "Enter"a basın

Səkinə İsmayılova 60 yaşını qeyd edir

24-02-2016


24.02.2016 / 16:09 xeber –

Xalq artisti Səkinə İsmayılova doğum gününü qeyd edir. Lent.az-ın məlumatına görə, 60 yaşını qeyd edən xalq artistini ilk olaraq qızı təbrik edib: “Doğum günün mübarək, balaca Səkinənin gözəl nənəsi! Nə yaxşı ki, varsan, nə yaxşı ki, anamsan. Sənə can sağlığı, gözəl, mənalı ömür arzu edirəm. Allah səni başımızdan əskik etməsin. Hər zaman belə gözəl, cavan, təravətli olasan. Sən təkcə bizim sevimlimiz yox, həm də minlərlə insanların sevimlisi, gözəl ustad xanəndəmizsən. Allah gözəl səsinə qüvvət versin. Hər zaman gözəl, məlahətli səsinlə ürəkləri fəth edəsən. Daim səsin ucalardan gəlsin”.

 

Qeyd edək ki, Səkinə Qulu qızı İsmayılova 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). 1988-ci ildə əməkdar artist, 1992-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. O, muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Prezident mükafatçısıdır. İki dəfə Həcc ziyarətində olub.

 

mənbə :
lent.az

Sekine İsmayılova 60 yaşını qeyd edir