İçeriğe geçmek için "Enter"a basın

Məlumatları milyard illərlə saxlamaq mümkün olacaq

22-02-2016


22.02.2016 / 22:27 xeber –

Böyük Britaniyanın Sauthempton Universitetinin Optik Tədqiqat Mərkəzinin tədqiqatçıları məlumatları beş ölçüdə yazmağa və milyard illərlə saxlamağa imkan verən texnologiya hazırlayıblar. Məlumatları 13,8 milyard ilədək saxlaya bilən daşıyıcı 360 terabayt yaddaşa malikdir və min dərəcə temperaturda belə zədələnmir.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, tədqiqatçılar oxşar texnologiyanı ilk dəfə 2013-cü ildə təqdim ediblər. Lakin o zaman onlar diskə yalnız 300 kilobayt ölçülü fayl yerləşdirə biliblər.

 

Tədqiqatçılar üç il sonra texnikanı əhəmiyyətli dərəcədə təkmilləşdirərək diskə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Nyutonun “Optika” əsərini və Bibliyanı yazmağa müvəffəq olublar.

mənbə :
lent.az

Melumatları milyard illerle saxlamaq mümkün olacaq