İçeriğe geçmek için "Enter"a basın

Qalmaqallı oyunun hakimi cəzalandırılacaq

22-02-2016


22.02.2016 / 21:11 xeber –

Türkiyə Mərkəzi Hakimlər Komitəsi sədri Kuddusi Müftüoğlu dünən baş tutan qalmaqallı “Qalatasaray”-“Trabzonspor” oyunundan sonra mətbuat konfransı keçirib.

 

APA-nın “Habertürk”-ə istinadən verdiyi xəbərə görə, o, qarşılaşmanın hakimi Dəniz Ateş Bitnelin oyunu pis idarə etdiyini bildirərək “Trabzonspor” komandasını zərərkəçmiş tərəf kimi qiymətləndirib.

 

“Hakim dünən yanlışlıqlar edib, bu istiqamətdə ona qarşı sanksiyalar tətbiq edəcəyik. Bundan sonra hakimlərimiz bütün qarşılaşmaları obyektiv idarə edəcəklər”, deyə  K.Müftüoğlu bildirib.

 

“Trabzonspor” klubunun futbolçusu Salih Dursunun hakimə “qırmızı kart” göstərməsinə münasibət bildirən Kuddusi Müftüoğlu onun bu hərəkətinin təqdirəlayiq hal olmadığını bildirib: “Görüntü xoş deyil, aidiyyati qrumlar bu istiqamətdə lazımi cəzanı verəcəklər. Salih Dursunun dünənki hərəkəti ilə bağlı qəhrəman olmasını doğru hesab etmirik.”

 

Qeyd edək ki, “Qalatasaray”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hakim D.Bitnel “Trabzonspor”un 4 futbolçusuna qırmızı vərəqə göstərib.

 

mənbə :
lent.az

Qalmaqallı oyunun hakimi cezalandırılacaq