İçeriğe geçmek için "Enter"a basın

Xocalı ilə bağlı Niderland parlamentinə də müraciət olunub

22-02-2016


22.02.2016 / 13:28 xeber –

"Connect" təşkilatı Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlayıb.

 

Lent.az-ın məlumatına görə, müraciəti təşkilatın sədri Vüqar Abbasov və onun təşkilatdakı həmkarı Vim van Embden imzalayıblar. V. Abbasov bildirib ki, müraciət İkinci Kamerin (Niderland parlamenti) 16 fraksiya rəhbərinə göndərilib: “Müraciətdə 1992 – ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində yüzlərlə insanın erməni-rus hərbi birləşmələri tərəfindən qətl edildiyi, bir çox insanın yollarda donaraq öldüyü, Qarabağın hələ də Ermənistanın işğalında olduğu və .s. öz əksini tapıb”.

 

Məktubda həmçinin qeyd edilib ki, Xocalı soyqırımının Niderland parlamentində anılması gələcəkdə bu kimi cinayətlərin baş verməməsinə zəmin yarada bilər və hər hansı bir siyasi və yaxud digər səbəblərdən bu soyqırımı görməzdən gəlməmək xahiş olunur.

 

mənbə :
lent.az

Xocalı ile bağlı Niderland parlamentine de müraciet olunub