21.02.2016 / 22:35 xeber –
Faktla bağlı araşdırma aparılır
Bu gün Bakının mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Parlament prospekti, 501-ci məhəllədə, 20 nömrəli məktəbin yaxınlığında səki ilə piyada hərəkət edən 2 qadının üstünə hündürlükdən dəmir boru düşüb. Dəmir boru başına düşən 1945-ci il təvəllüdlü Teyyubova Rühəngiz Məhəmməd qızı hadisə yerindəcə keçinib. 1939-cu il təvəllüdlü Əmirova Roza Məhəmməd qızı isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az