İçeriğe geçmek için "Enter"a basın

Putin: Suriyadakı terrorçular MDB-yə genişlənməyi planlaşdırır

21-02-2016


21.02.2016 / 00:06 xeber –

 “Rusiya hərbçiləri Suriyada Rusiya Federasiyasını düşmən adlandıran, Rusiya və MDB-yə ekspansiyanı genişləndirmək planlarını gizlətməyən silahlıları məhv edirlər”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  

 

“Bu ölkədə vuruşan əsgər və zabitlərimiz Rusiya Federasiyasının maraqlarını qoruyurlar, Vətənimizi düşmən adlandıran və ekspansiyanı Rusiya və MDB ərazilərinə genişləndirmək planlarını gizlətməyən silahlıları məhv edirlər”, deyə Putin bildirib.

 

“Əsgərləriniz çətin şəraitdə Suriya ordusuna və antiterror mübarizənin digər iştirakçılarına terrorçuların məhv edilməsinə, dinc əhalinin zorakılıqdan xilas olunmasına kömək edirlər”, deyə Putin bildirib. 

mənbə :
lent.az

Putin: Suriyadakı terrorçular MDB-ye genişlenmeyi planlaşdırır