İçeriğe geçmek için "Enter"a basın

İnsan özünə inamı nə vaxt itirir, niyə stressə qapılır? - Psixoloq rəyi

19-02-2016


19.02.2016 / 18:15 xeber –

“Həftə necə başlayırsa, elə də davam edir. Bazar ertəsinin ağır gün olduğu fikri var. Əslində, bu belə deyil. İki günlük istirahətdən sonra gümrah şəkildə işə qayıtmaq olar. Sadəcə, yanaşma tərzini dəyişmək lazımdı”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Təhminə Çələbi deyib.

 

Psixoloq bildirib ki, fasiləsiz işləmək düzgün deyil və insana çox zərərlidir: “İnsan özünü sevməli, dəyər verməlidir. İnsanın enerjisi bir yerdə tükənir. Həftə içi, heç olmasa, 5 dəqiqəlik gözü yummaqla, yaxud gözəl bir tabloya baxmaqla beyni sakitləşdirmək olar. Çünki bizi psixologiyamız idarə edir. Əgər psixoloji durum normal deyilsə, bu həm ailəyə, həm də işə təsir edir”.

 

Psixoloq bildirib ki, özünəinamı yüksək olan insanlar daha çox uğur qazanmaq şansına malikdirlər: “İnsanın özgüvəni azaldığı zaman, özünü lazımsız hiss edir və stressə qapılır. Sadəcə, özünü motivə etmək və özgüvəni itirməmək lazımdı. İnsan özünü qiymətləndirməyi bacarmalıdır. İnsan öz gücünə yüksək nəticələr əldə edə bilər”.

 

Psixoloqun fikrincə, iş yorğunluğu da psixoloji duruma təsir göstərə bilər. Bunun qarşısını almaq üçün istirahəti düzgün təşkil etmək lazımdır: “İnsanın işdən yorulması normal haldır. İstirahəti düzgün təşkil etmək lazımdır. Gənclərdə enerji kifayət qədər olduğu üçün fasiləsiz işləyə bilirlər. Amma müəyyən yaşa çatanda enerji tükənir və bu insanı ruhdan salır. O düşünür ki, işinin öhdəsindən gələ bilmir. İşdən sonra dəniz kənarında yarım saatlıq gəzinti enerjini bərpa edə bilər. İdmanla məşğul olmaq da faydalıdır”.

 

Akademik Opera və Balet Teatrında çalışan verilişin digər qonağı, vokalçı Mətləb Ağayev bildirib ki. sənət xalqın gözünün önündə yaşanır: “Hər kəsin gözü önündə olduğu üçün sənətdə olan insan daha yaxşı çalışmalıdır ki, işinin öhdəsindən gələ bilsin”.  

 

 

mənbə :
lent.az

İnsan özüne inamı ne vaxt itirir, niye stresse qapılır? – Psixoloq reyi