19.02.2016 / 16:27 xeber –
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Beyləqan rayonunda vətəndaşları qəbul edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, görüşdə Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə, Ağdam və Beyləqandan olan vətəndaşlar iştirak edib.
Qəbulda bir neçə gün əvvəl rayonun Kəbirli kəndində atası tərəfdən başı kəsilən 7 yaşlı Ümidin anası Mahirə Abışova və babası Namaz Abışov da iştirak edib.
Hicran Hüseynova komitənin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətlərin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılacağını, aidiyyatı üzrə tədbirlər görüləcəyini deyib.
mənbə :
lent.az