19.02.2016 / 16:25 xeber –
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinə baxış keçiriblər.
APA-nın məlumatına görə,Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidzenin olduğu qatar Gürcüstanın Kartsaxi məntəqəsindən Türkiyə ərazisinə keçib.
Xatırladaq ki, bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sayca 5-ci üçtərəfli görüşü keçirilib. Görüşün sonunda yekun bəyannamə imzalanıb.
mənbə :
lent.az