İçeriğe geçmek için "Enter"a basın

Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı

19-02-2016


19.02.2016 / 15:55 xeber –

 

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12-00-dək uzadılıb. 

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu prosesi fevralın 10-dan başladılıb.

 

Qeyd edək ki, imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.  Magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra – iyunun 9-dan 19-dək olan müddətdə aparılacaq.

mənbə :
lent.az

Magistraturaya sened qebulunun vaxtı uzadıldı