İçeriğe geçmek için "Enter"a basın

350 min nəfərə aylıq sosial müavinət verilir

19-02-2016


19.02.2016 / 14:38 xeber –

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda aylıq sosial müavinətlə təmin olunanların sayı 350435 nəfər təşkil edir.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 139041 nəfəri əlilliyi olan şəxslərdən, 49362 nəfəri müharibə veteranlarından ibarətdir. Ölkədə 41286 nəfər ailə başçısını itirməyə, 13833 nəfər yaşa görə aylıq sosial müavinətlə təmin olunur.

Aztəminatlı ailələrdəki 5151 nəfər 1 yaşadək uşağın, şəhid ailələrindəki 72 nəfər uşağın, müharibə əlillərinin 17334 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət ödənilir. Həmçinin I və II qrup Çernobıl AES əlillərinin uşaqları (930 nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları (8984 nəfər), sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (67081 nəfər) və digər müvafiq kateqoriyalardan olan insanlar aylıq sosial müavinətlə təmin edilirlər.

 

mənbə :
lent.az

350 min nefere aylıq sosial müavinet verilir