17.02.2016 / 21:12 xeber –
UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində səfərdə “Fənəbaxça” ilə qarşılaşan “Lokomotiv”in futbolçusu Dmitri Tarasov ali futbol qurumunun qəzəbinə tuş gəlib.
Apasport.az saytının məlumatına görə, buna səbəb rus oyunçunun formasının altındakı köynəyin üstündə Rusiya prezidenti Vladimir Putinin şəklinin yer alması və bunu göstərməsi olub.
Reqlamentə görə futbolçular öz formalarında heç bir siyasi, irqi və dini mesaj yerləşdirə bilməz. Buna görə UEFA-nın Nizam İntizam Komitəsi futbolçu haqqında cəza tədbiri görəcək.
Futbolçu davranışına görə canını bir cəza ilə qurtara bilməyəcək. Belə ki, artıq Moskva klubu da açıqlama yayaraq Tarasovun hərəkətini pisləyib. “Dəmiryolçular” bildiriblər ki, onun bu hərəkəti tamamilə öz qərarıdı və planından heç kimi xəbərdar etməyib. Buna görə klub da oyunçu haqqında əməli tədbir görəcək.
mənbə :
lent.az
belə şeylər bir futbol oyununa yaraşmır