İçeriğe geçmek için "Enter"a basın

Coca-Cola Qəzzada fabrik açır

16-02-2016


16.02.2016 / 21:54 xeber –

Qəzzanın sənaye müdürü Tarık Zağrab ABŞ şirkəti "Coca-Cola"nın yaxında Qəzzada fabrik açacağını bildirib.

 

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

 

Məlumata görə, fabrikin Qəzzadakı ən böyük iqtisadiyyat layihələrindən biri olacağını bildirən T.Zağrab mövzu ilə bağlı detalları açıqlamayıb.

 

O, İsrailin bu fabrikin tikilməsi üçün lazımi ləvazimatın girişinə icazə verdiyini bildirilib.

 

Təxminən 20 milyon dollara başa gələcək fabrikin ən azı min nəfər fələstinliyə iş imkanı yaradacağı da qeyd olunur.

mənbə :
lent.az

Coca-Cola Qezzada fabrik açır