16.02.2016 / 20:47 xeber –
Bu gün UEFA Avropa Liqasında fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinə İstanbuda start veriləcək.
“Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. Qrupda başqa bir türk komandası ilə mübarizə aparmış “dəmiryolçular” məhz “qara artallar”ı üstələyib lider kimi adladıqları final mərhələsində daha bir İstanbul klubunu yolundan kənarlaşdırmalıdı.
“Fənərbaxça” da öz növbəsində Avroliqada bacardıqca irəliləməyi hədəfləyir. Bunun üçün isə ilk maneə olan ruslar sıradan çıxarılmalıdı.
Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri də iki ölkə arasındakı siyasi gərginlikdi. Matçın əhəmiyyətini, gərginliyini və tərəflərin psixoloji vəziyyəti UEFA-nın da matça olan diqqətini artırıb.
Moskvalılar cəzalı Vedran Çorlukanın xidmətindən istifadə edə bilməyəcək. Zədəli Maykonun oynayıb-oynamayacağı isə oyun saatında dəqiqləşəcək.
Avropa Liqası
1/16 final, ilk oyun
16 fevral
21:00. “Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya)
Baş hakim: Martin Stromberqsson
Yan xətt hakimləri: Daniel Qustavson, Stefan Holberq
4-cü hakim: Maqnus Syöblom
Əlavə köməkçi hakimlər: Boyan Pandziç, Mohammed Al Hakim (hamısı İsveç)
İstanbul, “Şükrü Saraçoğlu” stadionu
“Fənərbaxça”: 40. Fabiano, 4. Kyaer, 22. Bruno Alves, 77. Gökhan Gönül, 5. Mehmet Topal, 6. Souza, 8. Ozan Tufan, 20. Volkan Şen, 88. Caner Erkin, 11. Robin van Persi, 17. Nani
Ehtiyat oyunçular: 1. Volkan Demirel, 3. Hasan Ali Kaldırım, 19. Şener, 24. Kadleç, 15. Uyqar Zeybek, 26. Alper, 9. Fernandao
“Lokomotiv”: 1. Gilyerme, 5. Peyçineviç, 28. Duriça, 29. Denisov, 55. Yanbayev, 3. Kasaev, 4. Manuel Fernandes, 19. Səmədov (k), 23. Tarasov, 88. Ndinya, 32. Skuletiç
Ehtiyat oyunçular: 77. Koçenkov, 17. Mixalik, 18. Kolomeystev, 36. Barinov, 59. Mirançuk, 7. Maykon, 96. Jemaletdinov
mənbə :
lent.az