İçeriğe geçmek için "Enter"a basın

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Fevral

16-02-2016


16.02.2016 / 20:18 xeber –

GÜNÜN ŞƏRHİ
 
Neft bazarı çoxdan gözlənilən razılaşma ilə bağlı xəbərlərə qısamüddətli olsa da reaksiya verdi. Qətərdə danışıqların başlaması xəbəri birjalarda neftin qiymətini 1 dollar yüksəltdi, bunun ardınca dörd ölkənin hasilatı azaltmaq barədə razılıq əldə etməsi xəbəri neftə bir az da can verdi. 35,42 dollara yüksələn neft bir qədər sonra yenidən ucuzlaşmağa başlayıb. Neftin bahalaşması OPEK-Rusiya formatında danışıqlardan gözləntilərlə bağlı idi, ucuzlaşmanın isə iki səbəbi var. Birincisi, Qətərdə əldə olunan yekun razılaşma deyil, ortada əlavə şərtlər var. İkincisi, danışıqlarda iştirak edən heyətin tərkibi neft bazarını qane etmir. Qətər danışıqlarında ev sahibindən başqa Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela iştirak edib, İran və İraq isə danışıqlara qatılmayıb. Hər iki ölkənin masa arxasına sabah keçəcəyi gözlənilir, əgər İran və İraq iddia olunduğu kimi danışıqlarda iştirak etsələr, elə bu faktın özü neftin bahalaşmasına ciddi təsir göstərəcək. Üstəlik yekunda kartel üzvləri ilə Rusiya arasında razılaşma protokolu imzalansa, neftin qiyməti gündəlik artım səviyyəsinə görə rekord müəyyənləşdirə bilər. Amma neft hasilatının azaldılması barədə qərar qara qızılın qiymətlərinin 50-60 dollara çıxacağı demək deyil. Tərəflər hasilatı 11 yanvar tarixində olan həcmdə saxlamaq təklifini müzakirə edir, o tarixdə “Brent” markalı neftin bir bareli indikindən də ucuz, yəni 33,34 dollara satılıb. Amma bazar çoxsaylı psixoloji faktorların təsiri altında olduğundan qiymətlər mövcud həddi keçə bilər. Hər kəsin bu barədə fikri aşağı-yuxarı eynidir – gözlənilən qərar qəbul olunsa, neftin qiyməti 40-42 dollar ətrafında sabitləşəcək. Bu isə iqtisadiyyatı neftdən asılı olan, boğulmaqda olan ölkələr üçün nəfəslik açılması deməkdir. Ruslar demişkən, “i to xleb”…

mənbə :
lent.az

Nesimi Nebizade ile "Ana xeber" bloku – 16 Fevral