16.02.2016 / 19:29 xeber –
İstanbul polisi tərəfindən Azərbaycandan Türkiyəyə gizli yolla 33 kiloqramdan çox qızıl külçələr keçirən iki Azərbaycan vətəndaşı saxlanılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbulun Qaçaqmalçılıqla Mübarizə, Narkotiklərin Dövriyyəsinə Qarşı Mübarizə və Tuzla qəsəbə Polis Şöbəsinin birgə keçirdikləri əməliyyatın görüntüləri yayılıb.
Azərbaycan qeydiyyatında olan avtobus polis tərəfindən saxlanılıb və keçirilən baxış zamanı 33 kiloqram 576 qram ağırlığında 39 ədəd qızıl külçə aşkar edilərək götürülüb.
Hələlik saxlanılanların adları açıqlanmasa da, saxlanılanların 30 və 32 yaşlarında Azərbaycan vətəndaşları olduğu bildirilir.
Faktla bağlı Türkiyə qanunvericiliyinə uyğun olaraq cinayət işi qaldırılıb, araşdırma aparılır.
mənbə :
lent.az