İçeriğe geçmek için "Enter"a basın

Fırıldaqçı qadın 30 milyonluq rəsm əsərlərini oğurladı

16-02-2016


16.02.2016 / 19:13 xeber –

Rusiyada dahi rəssamların rəsmlərini bərpa etmək bəhanəsi ilə oğurlayan qadına qarşı dələduzluq və xüsusi dəyərə malik əşyaların oğurlanması maddələri üzrə ittiham irəli sürülüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ümumilikdə dələduzun əməlindən 4 vətəndaş və bir qalereya zərər çəkib. O, Nikolay Rerix, İvan Şişkin və digər məşhur rəssamların ümumi dəyəri 30 milyon rubl həcmində qiymətləndirilən əsərlərini oğurlayıb. İstintaqın versiyasına əsasən, qadın incəsənət əsərlərini sonradan satmaq niyyəti ilə oğurlayırmış.

mənbə :
lent.az

Fırıldaqçı qadın 30 milyonluq resm eserlerini oğurladı