16.02.2016 / 18:49 xeber –
Bu gün İntizam Komitəsinin keçirdiyi iclaslarda bəzi qərarlar qəbul olunub.
Lent.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən məlumatına görə,
Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Rəvan” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 4 №-li futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXI turunun “Zirə” – “Rəvan” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur
mənbə :
lent.az