15.02.2016 / 18:38 xeber –
Bakıda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi ev 42 "B" ünvanında qeydə alınıb.
Sabir Rüstəm oğlu Qurbanov 29 yaşlı bacısı Yelena Rüstəm qızı Qurbanovanı qısqanclıq zəminində bıçaqlayıb: "Demişdim ona bayıra çıxanda xəbər elə, mənsiz çıxma. O da qulaq asmadı, mən də şey elədim…"
Bıçaqla bacısının üstünə gələn Sabir ona bir zərbə endirib. Özünü müdafiə etmək üçün qadın qolunu qabağa verib və bıçaq onun əlindən dəyib: "Elə bir dəfə vurdum. Sonra üstümə gəlirdi, mən də çıxdım getdim. Öldürmək niyyətim yox idi".
Zərərçəkən Yelena Qurbanova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan pasiyentin vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
mənbə :
lent.az