14.02.2016 / 22:15 xeber –
Suriya Ordusu Rakka əyalətinin qərbində yerləşən strateji yüksəkliklərə nəzarəti ələ keçirib.
Lent.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumatda bildirilir ki, İŞİD terrorçuları ilə şiddətli döyüşdən sonra strateji yüksəkliklər üzərində nəzarəti ələ keçirmək mümkün olub.
Qeyd edək ki, İŞİD terrorçuları Suriyanın şimal-şərqində yerləşən Rakka əyalətini tamamilə ələ keçirərək, oranı "xilafət"in paytaxtı elan etmişdilər.
mənbə :
lent.az