İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyev: "Qazandığımızdan daha az xərcləməliyik"

14-02-2016


14.02.2016 / 16:11 xeber –

“Enerji sahəsinə sərmayələr əsasən özümüzün və tərəfdaşlarımızın maliyyə resurslarından qaynaqlanırdı”

"Azərbaycanın, ümumiyyətlə, siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan daha az xərcləməliyik. Əsas investisiya layihələri, o cümlədən enerji sahəsinə sərmayələr əsasən özümüzün və tərəfdaşlarımızın maliyyə resurslarından qaynaqlanırdı. Buna görə də biz heç bir əsaslı maliyyə dəstəyini gözləmirik". Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə çıxışı zamanı bildirib.

O bildirib ki, son zamanlar Azərbaycanın əsaslı dərəcədə maliyyə resursları topladığını nəzərə alaraq hətta neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi onun iqtisadi inkişafına təsir edə bilməyib:

"Ötən il ümumi daxili məhsulumuz 1 faizdən çox artıb və qeyri-neft sektorunda 8 faizdən çox artım qeydə alınıb. Bu da əsasən şaxələndirmə və qeyri-neft infrastrukturuna investisiyaların yatırılması siyasəti sayəsində mümkün olub. Ona görə də bu, bizim üçün, əlbəttə ki, regionda ümumi vəziyyət üçün çox vacibdir. Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir. İqlim dəyişikliyi məsələsinə gəldikdə isə əvvəldə dediyim kimi, Kioto protokoluna əsasən heç bir öhdəliyimizin olmamasına baxmayaraq, bizim iqtisadi siyasətimiz, bərpa olunan enerji mənbələrinə yatırdığımız investisiyalar, 10-dan çox su elektrik stansiyasının tikilməsi, bütün bunlar bizim verdiyimiz töhfədir".

Prezident qeyd edibki, "əgər Azərbaycan tərəfdaşları iləbirgə, məsələn, neft-qaz sahəsinə sərmayə yatırmasaydı, bu gün onun elektrik stansiyaları Sovet İttifaqı dövründəki kimi istismar edilərək maye yanacaqla işləyərdi.

"Bu gün bütün elektrik stansiyalarımız ya təbii qazla, ya da su ilə işləyir. Beləliklə, bunlar enerji sektoruna yatırılan investisiyalardır və onlar da öz növbəsində atmosferə karbon tullantılarının azalmasına müsbət təsir edir. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və əlbəttə ki, biz bu risklərin idarə edilməsində vacib rol oynamaqda davam edəcəyik". 

mənbə :
lent.az

Prezident İlham Əliyev: "Qazandığımızdan daha az xerclemeliyik"