İçeriğe geçmek için "Enter"a basın

Nazir "Şahdağ" otelinin restoranını bağlatdırıb?

13-02-2016


13.02.2016 / 23:42 xeber –

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün ailəsi ilə birlikdə Qusardakı «Şahdağ» Turizm Kompleksində istirahət edib.

 

AzPolitika.info saytının xəbərinə görə, nazir “Şahdağ”da olan zaman otelin eyni adlı restoranını bağlatdırıb. Belə ki, nazir restoranda olduğu vaxt başqalarının bu məkana girişi qadağan olunub.

 

Ailəsi ilə birlikdə “Şahdağ”da istirahət edən vətəndaşlardan birinin dediyinə görə, otelin restoranından istifadə etmək imkanı saatlarla məhdudlaşdırılıb. Turizm kompleksinin işçiləri bildiriblər ki, nazir Əbülfəs Qarayev ailəsi ilə birlikdə restorandadır, onlar çıxmayınca heç kimi ora buraxa bilməzlər. Yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra digər müştərilərə də yemək verilib.

 

 

 

 

mənbə :
lent.az

Nazir "Şahdağ" otelinin restoranını bağlatdırıb?