İçeriğe geçmek için "Enter"a basın

Neftin qiyməti yenidən üzüyuxarı gedir

12-02-2016

23:24 xeber – Həftəyə cüzi ucuzlaşma ilə başlayan neft qiymətlərində qalxma müşahidə olunur. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, dünya bazarlarında ötən gün 31.36 dollar olan “Brent”markalı neft bir qədər bahalaşaraq 33.08 dollara çatıb.

“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən gün 27.46 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 29.45 dollar təşkil edir. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1,02 dollar ucuzlaşaraq 30,43 dollar təşkil edib.

Əlvan metalların qiymətində isə kəskin bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 39,88 dollar olub. Platinin 1 qramı 29.76 dollar, palladiumun 1 qramı isə 16.79 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.50 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

AMB-dən verilən məlumata görə, 12.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5745 səviyyəsində müəyyən olunub.

Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7789 manat,Rusiya rublu da ucuzlaşma ilə 0.0201 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2772 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5365 AZN dəyərində müəyyənləşib.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Neftin qiyməti Rusiya-Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır. O vaxtdan bəri dünya miqyasında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir.

mənbə :
anspress

Neftin qiymeti yeniden üzüyuxarı gedir