12.02.2016 / 23:18 xeber –
Avropa İttifaqı Belarus və prezident Aleksandr Lukaşenkoya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı planlaşdırır.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə diplomatik mənbələrdən bildirilib.
Belə ki, artıq fevralın 15-də “qara siyahıya” salınan onlarla şəxs və şirkət üzərindən sanksiyalar götürüləcək.
Ayın sonunadək isə Belarusa qarşı sanksiyalar tamamilə aradan qaldırılacaq.
mənbə :
lent.az