İçeriğe geçmek için "Enter"a basın

Şahzadənin əkiz övladları olacaq - FOTO

12-02-2016

21:04 xeber – Şahzadə Keyt Middlton ana olmağa hazırlaşır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Kembric hersoginyası Keyt Middltonun əkiz qız anası olacaq.

Öncədən verilmiş məlumata görə, şahzadə Uilyam xanımının növbəti dəfə övlad dünyaya gətirəcəyi xəbərinə heç də xüsusi entuziazmla yanaşmamışdı.

O, növbəti dəfə ata olmaq üçün bir neçə il gözləməyi üstün tuturdu. Hazırda isə şahzadənin əhvalı haqqında KİV-də daha geniş məlumat yer alıb.

Belə ki, Keyt ona USM-in nəticələrini göndərəndən sonra şahzadə həyat yoldaşına zəng vuraraq söyləyib: “Sən zarafat edirsən? Biz hazırda daha bir uşağa sahib ola bilmərik”.

Mənbələr Middltonun hamiləlik müddətini də dəqiqləşdiriblər – 12 həftə. Həmçinin cütlüyün Anmer-Hallda yerləşən şəhərkənarı rezidensiyaya köçməyi planlaşdırdığı da söylənilir.


Şahzadə Uilyam və Keyt Midlton

Middltonun hamiləliyi ilə bağlı xəbər mətbuata ötən həftə düşüb. Xəbərdə hersoginyanın hamiləliyi çətin keçirdiyi, hər səhər baş verən ürəkbulanmalara görə rəsmi tədbirlərdə iştirak qrafikində dəyişiklik etdiyi söylənilirdi.

Lakin hamiləlik xəbərinə rəsmi olaraq kraliça ailəsindən kimsə şərh verməyib. Bu, çox güman ki, Keytin hamiləliyi ilə bağlı xəbərlərin mətbuatın gündəminə tez-tez gəlməsi ilə bağlıdır. Son yarım il ərzində hersoginyanın ana olacağı ilə bağlı iki dəfə xəbər yayılıb. Ötən ilin senytabrında yayılan xəbərə saraydan inkar cavabı gəlsə də, Yeni ildən dərhal sonra yayılmış xəbər diqqətdən kənar qaldı.

“Anmer-hall”-ın xəritəsi

Şahzadə Uilyam və Keyt Midlton 2011-ci ilin aprelin 28-də nikaha daxil olublar. Onların ilki Georq 2013-cü ilin 22 iyulunda, qızları Şarlotta isə 2015-ci ilin mayın 2-də dünyaya göz açıblar. Şarlotta, babası 67 yaşlı şahzadə Çarlz, 33 yaşlı atası şahzadə Uilyam, 28 aylıq qardaşı şahzadə Corcdan sonra Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir.

mənbə :
anspress

Şahzadenin ekiz övladları olacaq – FOTO