İçeriğe geçmek için "Enter"a basın

İlin ilk Günəş tutulması martın 9-da olacaq

12-02-2016


12.02.2016 / 20:43 xeber –

Bu ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayacaq, saat 08:34-dək davam edəcək. Tam tutulma 05:57-də olacaq. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.

 

Qeyd edək ki, tutulma Azərbaycanda müşahidə olunmayacaq.

mənbə :
lent.az

İlin ilk Güneş tutulması martın 9-da olacaq