00:40 xeber – Futbol üzrə qadınlardan ibarət ABŞ millisinin üzvü Aleks Morqan Kosta Rikaya qarşı keçirilən oyunda rekorda imza atıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, dünyanın ən güclü və gözəl hücümçularından hesab olunan Morqan 12-ci saniyədə qol vurub.
Kosta Rikaya qarşı oyun Rio 2016 Olimpidasının seçmə mərhələsi çərçivəsində keçirilib. Aleks Morqan 12-ci saniyədə fərqlənməklə Amerika qadın futbol tarixinə düşüb. Buna qədərki rekord isə Dominikanlı Abby Vambaka məxsus idi. Vambaka 35-ci saniyədə fərqlənmişdi. Morqanın qolu tez vurulmaqla bərabər həmdə olduqca baxımlı alınıb.
Aleks Morqan
Qeyd edək ki, ABŞ-ın qadınlardan ibarət futbol yığmasının ulduzu Aleks Morqan həm də modeldir. 27 yaşlı xanım bir çox tanınmış reklam çarxlarında çəkilməklə yanaşı foto sessiyalarda da iştirak edib. İspaniya nəhəngi “Barselona”ya azarkeşlik edən Morqan ölkəsində “Portland Thorns” klubunun şərəfini qoruyur.
mənbə :
anspress