22:59 xeber – Türkiyədə iki media orqanının ofisi silahlı hücuma məruz qalıb. Azadlıq.az xəbər verir ki, ans tv-nin ‘İhlas’ xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bir qrup maskalı şəxs bu gün səhər saat 5 radələrində ‘Yeni Şafak’ qəzetinin İstanbulun Bayrampaşa rayonunda yerləşən ofisinə və ‘Yeni Akit’ qəzetinin Kiçikçəkməcə rayondakı binasına hücum edib.
3-4 nəfərlik iki qrup adıçəkilən qəzetlərin binasına “Molotov” kokteyli ataraq, binanı odlu silahla atəşə tutub. Hadisə zamanı xəsarət alan olmasa da, binalara ciddi ziyan dəyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəzet binalarına hücuma münasibət bildirərkən söyləyib ki, – “bir zamanlar başqa bir qəzetin binasının girişindəki şüşələrin silahlı hücum zamanı deyil, iğtişaşlar səbəbindən qırıldığı üçün dünyanı ayağa qaldıranların bu hücuma verəcəkləri reaksiyanı diqqətlə izləyəcəyəm. Bu qəzetləri yayınlarını bəyənmədikləri üçün kənara ataraq, terror təşkilatına hədəf göstərən partiyanın üzvlərinin də mövqeyini yaxından izləyəcəyəm”.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır, binalardakı və yaxınlıqdakı təhlükəsizlik kameraları nəzərdən keçirilir. Hər iki hücum təhlükəsizlik kameralarına həkk olunub.
mənbə :
anspress