10.02.2016 / 23:51 xeber –
Tovuzda zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Düz Qırıqlı kənd sakini, 1991-ci il təvəllüdlü Kaloğlanova Billurə Akif qızı zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Dərhal tibbi yardım göstərilsə də B. Kaloğlanovanın vəziyyəti ağır olaraq qalır. Məlumata görə qadın 3 gün əvvəl pomidor turşusu yeyib və bu gün özünü pis hiss etdiyinə görə xəstəxanaya gətirilib.
mənbə :
lent.az